48 yaşlı aktrisa Ketrin Zeta-Cons “Dolce & Gabbana” brendinin dəb nümayişinə qatılıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, aktrisa gecəyə 14 yaşlı qızı Kerislə birgə yollanıb. Keris gözəlliyinə görə nümayiş üçün sinə dekolteli qara tül libas geyinən anası Ketrindən geri qalmayıb. Sosial şəbəkə izləyiciləri qızının aktrisaya əkizi qədər bənzədiyini yazıblar.
Üstəlik, Zeta-Consun, az qala bütün tədbirlərə qızını aparması onu model karyerasına hazırlaması kimi qeyd edilib. Ketrinin gecə üçün yaradığı obraz hər kəs tərəfindən bəyənilib.