İş adamı Səlim Səlimoğlu ilə ailə qurmağa hazırlaşan müğənni Bengünün gəlinliyini tikmək üçün moda evləri növbəyə düzülüb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, evlilik üçün hazırlıqlara başlayan cütlüyə sponsorlar müxtəlif xidmətlər təklif edir. Əsasən Bengünün gəlinliyini tikməyə çalışan moda evləri bir-biri ilə rəqabətə başlayıb. Bir həftədə 8 firma və moda evindən təklif alan Bengü onların heç biri ilə razılaşmayıb.
O, “belə özəl gündə öz istədiyim modeli seçəcəyəm. Təzyiq göstərməyin. Xərci də önəmli deyil” söyləyib. Xatırladaq ki, Səlim Bengüyə Parisdə müğənninin ad günündə evlilik təklifi etmişdi.