Qadin.NET / Uşaqlar doğum evində səhv düşüb- 4 il sonra

Uşaqlar doğum evində səhv düşüb- 4 il sonra

Uşaqlar doğum evində səhv düşüb- 4 il sonra


Türkiyənin Adıyaman əyalətində yaşayan ailənin övladı Trabzonda yaşayan ailənin övladı ilə səhv düşüb.

 Qadin.Net publika.az- xəbər verir ki, hər iki ailənin doğum üçün müraciət etdiyi İstanbulun Gaziosmanpaşa rayonundakı özəl xəstəxanalardan birində qarışıqlıq düşüb. 4 il əvvəl doğulan uşaqlar ailələrinə səhv verilib.

Boşanma ərəfəsində olan trabzonlu cütlük arvadının ona xəyanət etdiyini düşünərək uşağa DNT testi elətdirib. Testin nəticələrindən təəccüblənən ailə həmin xəstəxanaya müraciət edib. Xəstəxana şikayət qarşısında eyni ildə burada doğum keçirmiş adıyamanlı ailəni də İstanbula dəvət edib.

Uşaqlardan alınan DNT testi nəticəsində ailələr dəqiqləşsə də, başqa problem yaranıb. Adıyamanlı ailə boşanma ərəfəsində olan trabzonlu cütlüyə uşaqlarını verməkdən imtina edib.

Ailələr xəstəxananı təzminat tələbilə məhkəməyə verilblər.

8 aprel 2018
GO BACK