Qadin.NET / Kosmosa 12 günlük səyahət - Qiymət açıqlandı/Video

Kosmosa 12 günlük səyahət - Qiymət açıqlandı/Video

Kosmosa 12 günlük səyahət - Qiymət açıqlandı/Video


Kosmosa səyahət başlayır: qiymət 9,5 milyon dollar.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, ABŞ-ın "Orion Span" şirkəti kosmosda otel inşa edəcəklərini açıqlayıb. Şirkət bu nadir təcrübədən yararlanmaq istəyənlər üçün qiyməti də müəyyənləşdirib.

"Orion Span" şirkəti yeni layihəsini Kaliforniyada təqdim edib. Kosmosda inşa ediləcək ilk lüks otel üçün hazırlıqların getdiyini söyləyən şirkət rəsmisi "Avrora Stansiyası" adlı layihə haqqında ətraflı məlumat verib.

Qeyd edilib ki, otelin qonaq qəbul edə bilmək imkanı 6 nəfərə çatır. Onların 2-si astronavt, 4-ü isə turist olacaq.

Otelə səyahət müddəti 12 gündür. Bu müddət ərzində turistlər kosmosda müxtəlif yerlərə səyahət edəcəklər. Turistlər burada "kosmik əkinçilik"lə məşğul olmaq, çəkisizlik mühitində gəzmək imkanlarından da yararlanacaqlar. Şirkət yetkilisi Frank Bunger oteldə qalmaq istəyənlərin əvvəlcədən 80,000 dollar ödəməli olduğunu qeyd edib. 12 günlük kosmos səyahəti turistə 9,5 milyon dollara başa gələcək.

Layihənin icrasına 2021-ci ildə start veriləcək.

7 aprel 2018
GO BACK