Qadin.NET / 38 yaşlı aktrisa üçüncü dəfə ana olacaq

38 yaşlı aktrisa üçüncü dəfə ana olacaq

38 yaşlı aktrisa üçüncü dəfə ana olacaq


Aktrisa Keyt Hadson 3-cü dəfə ana olmağa hazırlaşır.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı Keyt musiqiçi sevgilisi Denni Fudzikavadan uşaq gözləyir.
Bu barədə Keyt İnstaqram səhifəsində məlumat verib. O, çoxdandır hamiləliyinə görə görünmədiyini bildirib:
"Əgər sizə maraqlıdərsa, niyə çoxdandır sosial şəbəkələrdə yox idim, deyim ki, özümü pis hiss edirdim. Ürəyim bulanırdı. Bu hamiləlik digərlərindən daha ağır oldu. İstəyirdik bu xəbəri gizli saxlayaq, amma artıq mümkün deyil. Mən, oğullarım, Denni və digər yaxınlarımız çox xoşbəxtik ki, bir qızımız olacaq".
Qeyd edək ki, aktrisanın 14 yaşlı Rayder adlı oğlu pop ifaçısı Kris Robinsondan, 6 yaşlı Binqem adlı oğlu musiqiçi Bellamdandır. Hadson denni ilə ötən ilin yazından görüşür. Bu ilin yanvarında isə cütlük nişanlanıb və toya hazırlaşdıqlarını bildirib. 

38 yaşlı aktrisa üçüncü dəfə ana olacaq


7 aprel 2018
GO BACK