Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də keçiriləcək prezident seçkilərindən öncə “Tass” informasiya agentliyə müsahibə verib.
Qadin.Net axşam.az xəbər verir ki, müsahibəsində hər sahədən danışan ölkə başçısı milli mətbəximizdən də söz açıb.
O, Azərbaycan yeməklərinin çox dadlı, lakin təhlükəli olduğunu deyib:
"Hər xalqın mətbəxi onun mədəniyyətinin göstəricisidir. Azərbaycan mətbəxi də həmçinin çoxçeşidlidir, çox dadlıdır, lakin təhlükəlidir. Təhlükə isə məhz nəzarətsiz çəki artımındadır. Buna görə də çalışıram ki, gündəlik qidalanmamda həddi keçməyim. Hərçənd hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı mətbəx yoxdur. Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini xoşlayır. Mən də istisna deyiləm. Lakin gündəlik həyatımda hər halda bir qədər uzaq durmağa çalışıram. Azərbaycan mətbəxindən xoşladığım yeməklərə gəldikdə isə deməliyəm ki, mən bu yeməklərin praktiki olaraq hamısını sevirəm. Lakin ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram. Bu məsələdə, o, yaxşı mütəxəssisdir, əlbəttə, mənə və ailəmizin bütün üzvlərinə çox sevinc bəxş edir, özünün kulinar əsərləri ilə bizi sevindirir".