"Real"dan aldığı milyonlar və imzaladığı böyük sponsporluq müqavilələri ilə ildə dünyanın ən çox qazanan futbolçularından biri olan Kriştianu Ronaldunun şəxsi həyatı hər zaman diqqət mərkəzində olub. Bəs portuqaliyalı uldzu milyonlarını necə xərcləyir.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, "Business Insider" Ronaldunun pullarını necə xərcləməsini araşdırıb.
"Forbes"in araşdırmasına görə, portuqaliyalı ulduz son 12 ayda 88 milyon dollar qazanaraq dünyanın ən çox gəlir əldə edən idmançısı olub. Bunun 32 milyon dolları "Tag Heuer" və "Nike" kimi şirkətlərlə imzalanan sponsorluq anlaşmalarından gəlib. Təkcə "Nike" futbolçuya 13 milyon dollar ödəyib. Onun həmçinin "Herbalife", "Castrol", "Samsung" və KFC kimi şirkətlərlə də müqaviləsi var.
Ronaldunun əsas qazanc mənbəyi "Real"la olan müqaviləsidi. Maaş və imic haqqlarının, həmçinin mükafat və bonuslarının illik dəyəri 50 milyon dollardı. Bunun nəticəsidir ki, "Real" onun sərbəst qalma qiymətini 1 milyard avro olaraq müəyyənləşdirib.
Bəs Ronaldu bu pulları hara xərcləyir? Futbolçunun ən çox sevdiyi iş bahalı maşınlardı. Onun 300 min dollarlıq "Lamborghini Aventador"u da var, "Maserati"si də. İddialara görə, qarajında "Bentley", "Porsche" və "Mercedes" avtomobilləri də yer alıb.
Ronaldonun yaşadığı La Finkadakı villasının qiyməti 7.1 milyon dollardı. Memar Joaquin Torres tərəfindən inşa edilmiş villa Madridin ən dəbdəbəli yaşayış evlərindən biridi. O, həmçinin dünyanın bir çox yerində özünə bahalı evlər alıb.
Ronaldo həm də bahalı saat həvəskarıdı. Onun sponsorluq müqaviləsinin də olduğu "Jacob and Co" şirkətindən 160 min dollarlıq saat taxdığı dəfələrlə görünüb.