Aktyor Kənan İmirzalıoğlu ilə ailə qurduqdan sonra qonorarını artıran aktrisa Sinem Kobal gözləmədiyi addımla üzləşib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, “Romantik komedi 3” filmində çəkilmək üçün 1 milyon lirə (təxminən 500 min manat) pul istəyən aktrisa layihədən kənarlaşdırılıb. Son zamanlar reklam və film təklifləri azalsa da, qonorarını artıran Sinem prodüser şirkətini əsəbiləşdirib. Filmin ssenarisi yazılıb, hazırlıqlar bitsə də, Kobalın 1 milyon tələbindən dönməməsi onun aktyor heyətindən çıxarılmasına səbəb olub.
Xatırladaq ki, Sinem Kobal “Romantik komedi” filmində aktrisa Burcu Biricik və Sedef Avcı ilə tərəf müqabili olub.