"Roadside America" satışa çıxarılıb. Dünyanın ən böyük cırtdan, miniatür şəhəri sayılan bu attraksionun ilkin satış qiyməti 2,3 milyon dollardır.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, ABŞ-ın Pensilvaniya ştatındakı Şartlsvill şəhərində 10,5 hektarlıq ərazisi olan əyləncə parkında yerləşən "Roadside America"nın sahəsi 692,12 kvadrat metrdir.
Miniatür şəhəri Lourens Girincer təqribən 30 ilə ərsəyə gətirmişdi.
"Commonwealth Real Estate" şirkətoindən verilən məlumata görə, miniatür şəhər Birləşmiş Ştatlarda son 200 ildəki yaşamı əks etdirir.