Qadin.NET / Feysbuk nəhayət açıqladı - 87 milyon istifadəçi

Feysbuk nəhayət açıqladı - 87 milyon istifadəçi

Feysbuk nəhayət açıqladı - 87 milyon istifadəçi


Feysbuk Kambric Analitik Şirkətinin 87 milyona yaxın istifadəçinin şəxsi məlumatlarını icazəsiz ələ keçirdiyini açıqlayıb.

Qadin.Net  xəbər verir ki, Feysbuk Kembric Analitik Şirkəti tərəfindən 87 milyon sosial şəbəkə istifadəçisinin məlumatlarının qeyri-qanuni şəkildə istifadə edildiyini bəyan edib.

Xatırladaq ki, Feysbukun qurucusu Mark Zükerberq dünyanı çalxalayan qalmaqalla bağlı açıqlamasında səhvə yol verdiklərini etiraf edib. ABŞ-da prezident seçkiləri və Breksit səsverməsi zamanı milyonlarla Feysbuk istifadəçisinin şəxsi məlumatlarından istifadə edilməsinin ortaya çıxması ABŞ-da böyük qalmaqala səbəb olub. Zükerberqin ABŞ Konqresində ifadə verəcəyi və Avropa İttifaqı vətəndaşlarının şəxsi məlumatlarının təhlükəsizliyinə dair dinləmələrdə iştirak edəcəyi gözlənilir.

5 aprel 2018
GO BACK