Qadin.Net bildirir ki, Lənkəranda "Həyat film deyil" adlı qısametrajlı sosial film ərsəyə gətirilib.
Filmin məqsədi azyaşlı qızların internet üzərindən aldadılması, onlar üçün həyati təhlükənin yaranması və bu kimi digər xoşagəlməz hallarla bağlı valideynlərin və gənclərin maarifləndirilməsidir.
Filmin rejissoru Şəhriyar Camalbəylidir. Ekran əsərində əsas rolları gənc aktyorlar Əyyub Məmmədov və Fidan Quliyeva canlandırıblar.