2 uşaq sahibi olan 42 yaşlı qadın bədən quruluşu ilə təəccübləndirir.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, övladlarını dünyaya gətirdikdən sonra fitnesslə məşğul olan qadın idmanla bağlı bildiklərini şəxsi Instagram hesabında izləyiciləri ilə bölüşür.
Avstraliyanın Melbourn şəhərində yaşayan 42 yaşlı Joanne Peters-in 118-mindən çox Instagram izləyicisi var.
O, bildirib ki, övladları dünyaya gəlməmişdən əvvəl idmanla məşğul olmurdu və daima özünü depressiyada hiss edirdi.
Qadın arıqlamaq və fit bədənə sahib olmaq sirrini açıqlayıb. O, bütün yeməklərini 8 saat ərzində yediyini və şirniyyatdan, tərkibində şəkər olan qidalardan uzaq durduğunu söyləyib.
Qeyd edək ki, proteini bol olan qidaların qəbulu zamanı bədən enerji üçün qarın bölgəsinə yığılan yağlardan istifadə edir.