Ötən gün rusiyalı müğənni Vladimir Presnyakovun 50 illik yubileyi keçirilib.
Qadin.Net axşam.az istinadən xəbər verir ki, restoranlardan birində baş tutan məclisə şou nümayəndələri də qatılıb.
Onlar arasında müğənni Anjelika Varum və həyat yoldaşı Leonid Aqutin də olub. Anjelika səsi batdığı üçün gecədə mahnı ifa edə bilməyib. Bu barədə sənətçi doğum günündə çəkilmiş şəkillərini İnstaqram hesabında paylaşaraq qeyd edib:
“Çox güclü virusa tutulmuşam. Belə olanda səsim 5-6 günlük batır. Gün ərzində 5 litr su içməli, dieta saxlamalıyam. Bu səbəbdən dünən dostumuz Vladimirin ad günündə çox qala bilmədim. Sadəcə onun şərəfinə tost deyib, oranı tez tərk etdim”.
Varumun xəstəliyə tutulmasına baxmayaraq, məclisdə həmişə kimi şık görünməsi izləyicilərin diqqətindən qaçmayıb.