Qadin.NET / Builki abituriyentlərə ŞAD XƏBƏR

Builki abituriyentlərə ŞAD XƏBƏR

Builki abituriyentlərə ŞAD XƏBƏR


Bu il də abituriyentlər 2 dəfə qəbul imtahanında iştirak edə biləcəklər.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, martın 29-dan başlanılan elektron ərizələrin qəbulu aprelin 30-dək davam edəcək. Abituriyentlər ötən ilki kimi həm yaz, həm də yayda keçirilən qəbul imtahanında iştirak edə bilərlər. Bunun üçün onlar yayda imtahanda iştirak etmək istədiklərini də ərizə də qeyd etməlidirlər. I-IV ixtisas qruplarından imtahan verən abituriyentlər sonradan orta ixtisas təhsili müəssisələrinə və V ixtisas qrupu üzrə də imtahan verə bilərlər. Bunu da əvvəlcədən mütləq elektron ərizədə qeyd etməlidirlər. Qəbul imtahanlarında ilk dəfə iştirak edən abituriyentlər üçün heç bir ödəniş yoxdur.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, müsabiqə balları ötən ilki ilə eynidir. I-IV ixtisas qrupları üzrə ödənişli yerlərə minimal keçid balı 200 baldır. Həmçinin, 5 ixtisas fənnindən 4-nün nisbi balı 10-dan artıq olmalıdır.

V qrupda qəbul balları ixtisaslardan və ali təhsil müəssisələrindən asılı olaraq dəyişir. 

3 aprel 2018
GO BACK