Aktrisa Pelin Karahan ikinci oğlu Eyüp Cana ad günü edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, aktrisa ad günündən fotoları sosial şəbəkədə paylaşıb. 2014-cü ildə iş adamı Bedri Güntayla ailə quran Pelin şəkillərə “Bütün dostlara xoş arzularına görə təşəkkür edirəm. Ailəmizinin ən balacası Canımızın bir yaşı oldu” yazıb.
Qeyd edək ki, aktrisanın Ali Demir adlı bir oğlu da var.