Türkiyənin Mersin şəhərində toyda qonaqlara it yeməyi verilib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, heyvansevər cütlük bununla diqqəti heyvanların müdafiəsinə yönəltmək istədiklərini bildiriblər.
24 yaşlı psixoloq Özgə Oğuz və 26 yaşlı müəllim Bilgəxan İgidin toy mərasiminə dəvətlilər onlara paylanan qidalardan öncə təəccüblənsələr də, sonra bunu normal qarşılayıblar.
Qeyd edək ki, Türkiyədə artıq bir neçə toyda dəvətlilərə heyvan qidaları təqdim edilməklə diqqət heyvanların müdafiəsinə yönəldilir.