Qadin.NET / Şvartsenegger əməliyyat olundu

Şvartsenegger əməliyyat olundu

Şvartsenegger əməliyyat olundu


70 yaşlı məşhur Hollivud altyoru Arnold Şvartsenegger təcili əməliyyata alınıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, onun kateter klapanında o qədər də çətin olmayan əməliyyat nəzərdə tutulubmuş. Ancaq Los-Ancelesdəki xəstəxanalardan birinə yatırılan Şvartseneggerin əməliyyatı zamanı nəsə qaydasında getməyib.

Məlumata görə, əməliyyat zamanı onun təzyiqi qalxıb və qanaxma başlayıb. Cərrahlar uzun müddət problemi aradan qaldırmaq üçün çalışıblar.

Hazırda əməliyyat artıq başa çatıb. Şvartsenegger palataya köçürülüb və həkim nəzarətindədir.

Qeyd edək ki, aktyor ilk ürək əməliyyatını 1997-ci ildə keçirib. Bir gündən sonra isə o yenidən əməliyyat stoluna uzanmağa məcbur olub. Belə ki, ilk əməliyyatdan bir gün sonra trenajor zalında 3 saat keçirən Şvartseneggerin ürəyinə qoyulan süni qapaq qopubmuş.

31 mart 2018
GO BACK