Dünya katoliklərinin lideri, Roma Papası 1-ci Fransisk bəyan edib ki, əslində cəhənnəm yoxdur.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, o, ateist jurnalist Eucenio Skalfari ilə söhbətində belə deyib.
"Tövbə edənlər öləndən sonra Tanrıdan əfv alırlar. Tövbə etməyənlər isə əfv almırlar və sadəcə, yox olurlar. Cəhənnəm yoxdur, olan yalnız günahkar qəlblərin yoxa çıxmasıdır", - pontifik deyib.
Material dərc olunandan sonra Vatikan rəsmi bəyanat yayaraq bildirib: "Roma Papası müsahibənin dərcinə icazə verməyib. Əslində bu, Papanın dediklərindən iqtibas yox, jurnalistin rekonstruksiya etdiyi ifadədir".
Cəhənnəmin inkar olunması katolisizmin doqmalarına ziddir.
93 yaşlı jurnalist Eucenio Skalfaro indiyədək Papa Fransisklə 5 dəfə görüşüb. Onların ilk görüşü 2013-cü ildə olub.