Qoz, fındıq, badam kimi çərəzlər aktiv maddələrlə zəngin olduğundan güc-qüvvət verici qidalar kimi daha çox uşaqlara və kişilərə tövsiyyə olunur. Amma təəssüf ki, müasir insanların 40 yaşından sonra orqanizmində gedən proseslər, patologiyalar heç də hamıya çoxlu qoz-fındıq yeməyə imkan verir. Əslində sutkada cəmi 40 qr qoz, fındıq yemək normadır. Bundan artıq olmaz.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, hazırda süfrələrdə bol olan çərəzlər hansı kişilərə olmaz:
-Ağır forma diabet xəstələri
-Atipik diatezi olanlar
-Mədəaltı vəzi xəstəliyi olanlar
-Mədə-bağırsaq xorası olanlar
-Yüksək təzyiqi olanlar
-Piylənməsi olanlar
-Ağır əməliyyat keçirənlər
-Miqren və baş ağrısı olanlar
Bu problemləri olan insanlar qoz-fındıq çox az dozada, arada bir qəbul edə bilər. Unutmayın ki, insanın sağlamlığı istənilən bayramdan önəmlidir.