Bir zamanlar çəkisi 148,32 kq olan Houp Takerin vücudunun ağırlığı indi vur-tut 56,67 kiloqramdır. Təxminən 92 kq arıqlamış qadın özünü əla hiss etdiyini, bundan sonra da arıqlayacağını deyir.
Həkimlər isə çox narahatdır.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, həddən ziyadə arıqladığı üçün dərisi qat-qat sallanan Houp Takerin plastik cərrahiyyə əməliyyatlarına ehtiyacı var. Lakin o, arıqlamağa davam edərsə belə əməliyyatlar çox riskli, bəlkə də mümkünsüz olacaq.
Houpun dediyinə görə, izafi çəkisi onda depressiya yaratmışdı. O, arıqlamağa qərar verəndən sonra da vəziyyəti asanlaşmadı. Çünki sərt pəhriz və üzücü məşqlər onu həddən ziyadə yorurdu.
TLC telekanalındakı "Shantel's Pre-Surgery Thoughts - My 600lb Life: Skin Tight" proqramı Houp Takerə həsr olunmuşdu.
"Arıqlayandan, izafi çəkidən qurtulandan sonra yaranmış nikbinlik bu sallanan dərinin yaratdığı narahatlıqla əvəzlənib. Orta məktəbdə oxuduğum illərdən bəri kök idim. Arıqlayandan sonra da belə... Yenə depressiyaya düşmüşəm", - Houp deyib.