Qadin.NET / Zukerberq Britaniya parlamentinin dəvətini qəbul etmədi

Zukerberq Britaniya parlamentinin dəvətini qəbul etmədi

Zukerberq Britaniya parlamentinin dəvətini qəbul etmədi


"Facebook"un yaradıcısı və rəhbəri Mark Zukerberq istifadəçilərin gizli məlumatlarının yayılması məsələsi ilə əlaqədar Britaniya parlamentinə ifadə verməyə getməyəcək.

Qadin.Net lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

M. Zukerberq "Cambridge Analytica" şirkəti ilə bağlı araşdırma aparan parlament komitəsinin sədri Demian Kollinz tərəfindən dəvət olunmuşdu. Lakin "Facebook" şirkəti M. Zukerberqin yerinə şirkətin yüksək vəzifəli əməkdaşları - Mayk Şrepfer və ya Kris Koksu Londona göndərmək qərarına gəlib. "Biz ictimaiyyətin və parlament üzvlərinin bu məsələlərdə maraq səviyyəsini tam qəbul edir və problemlərin ən yüksək səviyyədə həllinin zəruriliyi barədə insanların rəyini dəstəkləyirik", - deyə şirkətin açıqlamasında bildirilir.

Lakin D. Kollinz məhz M Zukerberqin izahatını eşitmək istədiyini söyləyib. O, sosial şəbəkə yaradıcısının videoəlaqə vasitəsilə çıxışının təşkilini istisna etməyib: "Biz dəqiqləşdirmək istəyirik ki, "Facebook" ümumiyyətlə, ifadə vermək istəyir, ya yox? Çünki onların məktubundan bu anlaşılmır. Əgər Zukerberq razılaşarsa, biz onunla videoəlaqə yaratmaqdan şad olarıq".

Qeyd edək ki, Britaniyanın "Cambridge Analytica" konsaltinq şirkəti 50 milyon "Facebook" istifadəçisinin şəxsi məlumatlarını əldə edib. Bununla bağlı təhqiqat başlayıb və şirkətin ofislərində axtarış aparılıb.

29 mart 2018
GO BACK