Qadin.NET / Sərnişindaşımada inqilab - Elektrobuslar gəlir - FOTO

Sərnişindaşımada inqilab - Elektrobuslar gəlir - FOTO

Sərnişindaşımada inqilab - Elektrobuslar gəlir - FOTO


Artıq bəzi ölkələrdə sənişindaşımada elektrik avtobuslarından istifadə edilir. Lakin onların enerji ilə doldurulması uzun vaxt tələb etdiyindən o qədər də səmərəli hesab olunmur. Rusiyanın "QAZ" zavodu isə yeni, cəmi bir neçə dəqiqəyə enerji ilə doldurula bilən elektrobus təqdim edib.

Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, avtobus cəmi 10-18 dəqiqə ərzində enerji ilə doldurula və şəhərdə saatda 350 km sürətlə sürülə bilən litium-titanatlı batareya ilə təchiz edilib.

Elektrobus "LiAZ-5292" avtobusunun modeli əsasında hazırlanıb. Yeni avtobus 27 oturacaqlıdır, amma ayaq üstə duranlar da daxil olmaqla 85 sərnişin üçün nəzərdə tutulub.

Elektrobusların bu ildən Moskvada fəal istifadəyə veriləcəyi, 2020-ci ildən isə onların ənənəvi daxili yanma mühərrikli avtobusları tam əvəzləyəcəyi gözlənilir.

Hələlik elektrobusun qiyməti açıqlanmır.

28 mart 2018
GO BACK