Qadin.NET / Hind kinolarının yeni ulduzu doğulur - FOTO

Hind kinolarının yeni ulduzu doğulur - FOTO

Hind kinolarının yeni ulduzu doğulur - FOTO


Uelsdə təhsil alan Banita Sandhu Hindistan kinematoqrafının yeni ulduzuna çevrilə bilər.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, Nyuport şəhəri yaxınlığındakı Kaerleon şəhərində yaşayan 20 yaşlı Banita Sandhu artıq Vodafone və Wrigley's Gum reklamlarında çəkilib.

Bu reklamları görən məşhur hind kinorejissor Şocit Sirqar tələbəni yeni filminə çəkmək istədiyini bildirib.

London Kral Kollecində oxuyan Banita Sandhu da Hindistana yollanıb. Bollivudda çəkilişlərə qatılan Banita baş rolları Varun Dhavanla paylaşdığı filmin qəhrəmanıdır.

"Uşaq olanda "Coronation Street" serialına baxırdım. Sonra kinematoqrafiyaya marağım artdı. Çəkildiyim reklamlar Hindistanda populyarlaşandan sonra isə filmə dəvət aldım", - Banita söyləyib.

Hind kinolarının yeni ulduzu doğulur - FOTO


27 mart 2018
GO BACK