Planetimizə saatda 101 km sürətlə yaxınlaşan "Bennu" adlı asteroid NASA-nı hərəkətə gətirib.
Qadin.Net Lent.Az-a istinadən xəbər verir ki, 500 metr hündürlüyə malik asteroid Yer kürəsi ilə toqquşa bilər.
NASA fəlakətin qarşısını almaq üçün iki planın işlənib hazırlandığı barədə məlumat yayıb. İlkin plana görə, "Bennu"nun trayektoriyasını dəyişmək üçün 8.8 ton ağırlığında olan "Hammer" adlı kosmik gəminin asteroidlə toqquşdurulması ehtimal olunur.
İlkin plan iflasa uğrayacağı halda, NASA nüvə silahından istifadə edəcək. Asteroid planetimizdən kifayət qədər uzaqlıqda nüvə silahı ilə vurulacaq.
Layihə rəhbəri Kristen Houley mediaya açıqlamasında deyib ki, "Bennu"nun planetimizə çatmasına xeyli müddət qalıb. Lakin hesablamalar cəld hərəkətə keçməyin vacibliyini göstərir.