Qadin.NET / “Ufak Tefek Cinayetler” serialında dəhşətli QƏTLİN üstü açıldı – VİDEO

“Ufak Tefek Cinayetler” serialında dəhşətli QƏTLİN üstü açıldı – VİDEO

“Ufak Tefek Cinayetler” serialında dəhşətli QƏTLİN üstü açıldı – VİDEO


Azərbaycanda da maraqla izlənən “Ufak Tefek Cinayetler” serialının növbəti bölümündə uzun müddətdir danışılan qətlin üstü açılacaq.

 Qadin.Net bildirir ki, publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, adıçəkilən serialın 22-ci bölümünün fraqmanı yayımlanıb. Çərşənbə axşamları STAR TV-də göstərliən ekran işində başladığından bəri bəhs edilən qətlin üstü açılacaq. Hadisələrin baş verdiyi Sarmaşıqda hər zamankından daha təhlükəli hadisələr cərayan edəcək.

Merve və Serkanın boşanma məhkəməsinin vaxtı da gəlib yetişəcək. Lakin Merve əri ilə münasibətlərini düzəltmək üçün planlar qurarkən hadisələr gözlənilməz şəkildə inkişaf edəcək.

Tunc hoca ona oyunlar quran Merve və Pelini bir-birindən xəbərsiz gizlicə meşəyə çağırır. Merve ilə Pelini öldürməklə hədələyən Tunc hoca qazdığı quyaya özü düşür. Belə ki, Merve onun əlindən xilas olmaq istəyərkən Tuncu itələyir və o, dərədən aşağı yuvarlanır.

İntriqalar və tələlərlə dolu serialın növbəti seriyası sabah axşam nümayiş olunacaq.

26 mart 2018
GO BACK