"Thai Airways" aviaşirkətinin "Dreamliner" təyyarələrinin biznes-klass yerləri kök sərnişinlərin istifadə edə bilməyəcəyi təhlükəsizlik yastıqları və kəmərlərlə təchiz olunacaq.
Qadin.Net bildirir ki, bu barədə Trend "Bankok Post"a istinadən xəbər verir.
Aviaşirkətin Təhlükəsizlik və Standartlar şöbəsinin vitse-prezidenti deyib ki, beli 142,24 sm-dən enli olan sərnişinlər kəmərləri standartlara cavab verəcək şəkildə bağlaya bilməyəcəklər.Bununla bağlı, "Thai Airways" sərnişinlərin belinin ölçüsü ilə bağlı məhdudiyyətlər qoyub və uşaqların qucaqda aparılmasını kəmərlərin konstruksiyasına görə qadağan edib.