Qadin.NET / Antonio Banderas "Söyüd Bazarı"nda tanınmadı - FOTO

Antonio Banderas "Söyüd Bazarı"nda tanınmadı - FOTO

Antonio Banderas "Söyüd Bazarı"nda tanınmadı - FOTO


Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Antonio Banderas dünən Söyüd Bazarı münasibətilə kilsədə minlərlə katoliklə birlikdə ibadət edib.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 57 yaşlı aktyor qızı Stella del Karmen Banderas və qeyri-rəsmi nikahda olduğu xanımı Nikol Kimpellə birlikdə İspaniyanın Malaqa şəhərindəki katolik kilsəsinə yollanmışdı.

Saçı və qaşlarını belə, qırxdırmış A.Banderası görənlər çətinliklə tanıyıblar.

Katoliklər "Söyüd Bazarı"nı martın 25-də qeyd edirlər.

Katolisizmdə Pasxa bayrama hazırlıq dönəmi hesab olunan və Kül Çərşənbəsi ilə başlayan Böyük Pəhriz müddətinin sonunda, Bazar günü keçirilir. Xristian ənənəsində böyük əhəmiyyətə malik olan Pasxadan əvvəlki son həftə Müqəddəs həftə adlandırılır. Pasxadan əvvəlki Şənbə günü isə İsanın Yerusəlimə giriş günü adlandırılır. Pasxadan əvvəlki üç gün Ehtiraslı cümə axşamı, Yaxşı cümə və Müqəddəs Şənbə (bəzən Sakit Şənbə də adlandırılır) adlanır. Ehtiraslı cümə axşamı, Yaxşı cümə və Müqəddəs Şənbə günləri İsanın Yerusəlimə girməsi, Sonuncu şam yeməyi və Çarmıxa çəkilmə hadisələri ilə bağlıdır. Ehtiraslı cümə axşamı, Yaxşı cümə və Müqəddəs Şənbə günləri bəzən Pasxa Triduumu ilə əlaqələndirilir. Bir çox kilsələr Pasxa bayramına Müqəddəs Şənbə günündən sonra başlayır. Bəzi ölkələrdə Pasxa bayramı iki gün qeyd edilir və ikinci gün Pasxa Bazar ertəsi adlandırılır.

Pasxa ibadəti Yevxaristiya mərasimi (Müqəddəs Birlik də adlandırılır) ilə başa çatır. Bu ümumi ənənələr ilə bərabər müxtəlif kilsələrin özünəməxsus ənənələri də vardır: bəzi kilsələrdə Pasxa şamları yandırılır, bəzilərində Əhdi-Cədid dərsləri keçilir, bəzən isə Eksultetdən sonra Bibliya oxunur. Bəzi kilsələr isa Pasxa ibadəti mərasiminə daha erkən, Bazar günü səhəri və ya Şənbə gecəsi başlayır və həmin kilsələr qadınların boş məzara həftənin ilk günündə gəlməsinə istinad edirlər. Bu mərasim Şəfəq ibadəti adlanır və əsasən, kilsədə deyil, açıq yerlərdə, kilsə həyəti, qəbiristanlıqlar və ya yaxınlıqdakı parklarda keçirilir.

Söyüd Bazarı isə İsa Məsihin Yerusəlim həhərində Matfey, Mark, Luka və İoannla birlikdə daxil olduğu bazar gününün anımıdır.

Dünyada ilk Söyüd Bazarı 6-cı əsrdə Yerusəlimdə qeyd olunub. Həmin gün əllərində palma budaqları tutmuş möminlər Vifaniyadan Yerusəlimə yürüş etmişdilər.

Avropa ölkələrində isə ayin zamanı palma əvəzinə söyüd budaqlarından istifadə olunur.

Antonio Banderas "Söyüd Bazarı"nda tanınmadı - FOTO

Antonio Banderas "Söyüd Bazarı"nda tanınmadı - FOTO

Antonio Banderas "Söyüd Bazarı"nda tanınmadı - FOTO

Antonio Banderas "Söyüd Bazarı"nda tanınmadı - FOTO


26 mart 2018
GO BACK