Qadin.NET / "Facebook"a qarşı sərt tədbirlər görüləcək

"Facebook"a qarşı sərt tədbirlər görüləcək

"Facebook"a qarşı sərt tədbirlər görüləcək


Avropa İttifaqının (Aİ) ədliyyə üzrə komissarı Vera Yurova istifadəçilərin şəxsi məlumatları ilə bağlı qalmaqalla üzləşən "Facebook" sosial şəbəkəsinə qarşı sərt tədbirlər görüləcəyini bəyan edib.

Qadin.Net APA-ya istinadən bildirir ki, V. Yurova "Bild am Sonntag" nəşrinə müsahibəsində deyib ki, 50 milyon "Facebook" istifadəçisinin şəxsi məlumatlarının sui-istifadə edilməsi tamamilə qəbuledilməzdir.

Komissar "Facebook" rəhbərliyindən vəziyyətlə bağlı rəsmi açıqlama tələb edib: "Mən "Facebook" rəhbərliyindən tələb edirəm ki, bu qalmaqalın Avropadakı istifadəçilərə nə dərəcədə təsir etməsinə aydınlıq gətirsin".

25 mart 2018
GO BACK