Qadin.NET / Alişandan sürpriz evlilik təklifi

Alişandan sürpriz evlilik təklifi

Alişandan sürpriz evlilik təklifi


Aktrisa Buse Varolla ailə qurmağa hazırlaşan müğənni Alişan ona sürpriz evlilik təklifi edib.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, ifaçı sevgilisini hazırda rol aldığı "Abdülhamid" serialının çəkiliş meydançasında ziyarət edib.

O, Busenin gözləmədiyi halda, meydançaya daxil olub və əlində üzüklə diz çökərək "Mənimlə evlənərsən?" deyə soruşub. 

Aktrisa Alişanın bu hərəkətindən şok olub və onu qucaqlayaraq razılığını bildirib.

Qeyd edək ki, Buse ilə Alişan "Dostlar mahellesi" serialında tanış olub və sevgi münasibətinə başlayıblar. Cütlük mayın 6-da nikah masasına oturmağı düşünür.

Alişandan sürpriz evlilik təklifi


25 mart 2018
GO BACK