Qadin.NET / Dünyanın ən böyük sərnişin gəmisi tikildi

Dünyanın ən böyük sərnişin gəmisi tikildi

Dünyanın ən böyük sərnişin gəmisi tikildi


"Royal Caribbean International" şirkətinin "Symphony of the Seas" gəmisi artıq istifadəyə hazırdır.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, dəyəri 1,35 milyard dollar olan kruiz gəmisinin çəkisi 228 min ton, uzunluğu 362 metrdir.

İnşası 2 il davam edən gəmi 8 min nəfərlik tutuma malikdir. Laynerin 2 min nəfərlik heyəti var.

Dünyanın ən böyük sərnişin gəmisi və kruiz layneri sayılan "Symphony of the Seas"-ın 18 göyərtəsində çoxsaylı restoranlar, barlar və əyləncə məkanları var.

Fransadakı STX tərsanəsində inşa olunmuş "Royal Caribbean"ın sayca 25-ci gəmisi bu ayda Aralıq dənizində olacaq.

Noyabrın 24-də isə gəmi ABŞ-ın Mayami şəhərinin limanına yolanacaq, oradakı A terminalından Karib hövzəsinin şərq və qərb hissələrinə 8 günlük səfərlər edəcək.

Dünyanın ən böyük sərnişin gəmisi tikildi

Dünyanın ən böyük sərnişin gəmisi tikildi

Dünyanın ən böyük sərnişin gəmisi tikildi


24 mart 2018
GO BACK