Məşhur amerikalı müğənni Beyonse Nouls və onun əri, milyarder reper, prodüser Cey Zi "Blue İvy Carter" adlı ticari nişanı brend kimi qeydiyyata aldırmaq istəyirlər.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, Blast-aBlyu Ayvi Karter Beyonse və Ceyin 5 yaşlı qızlarının ad və soyadıdır.
Lakin onlar problemlərlə qarşılaşıblar.
Toy təşkilatçısı (wedding planner) olan Veronika Morales "Blue İvy" nişanını artıq rəsmi qeydiyyata aldırıb. O, Beyonse və Ceyin niyyətindən xəbər tutandan sonra danışıqlara hazır olduğunu bildirib.
Danışıqlar olu. Morales sözügedən ticari nişanı 10 milyon dolların müqabilində sata biləcəyini deyib. Moralesin vəkili isə "Blue İvy" adlı toy təşkilatçılığı agentliyində birgə əməkdaşlıq təklif edib.
Beyonse Nouls bu təklifləri "adi pul qoparmaq cəhdləri" kimi dəyərləndirib.