Qadin.NET / Adriana Lima İstanbulda - FOTO

Adriana Lima İstanbulda - FOTO

Adriana Lima İstanbulda - FOTO


Dünya şöhrətli model sevgilisi Adriana Lima yəhudi əsilli türk sevgilisi Metin Haranın ailəsi ilə tanış olmaq üçün İstanbula gəlib.

Qadin.Net bildirir ki, publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model Amerika tətillərindən sonra Türkiyəyə gəlib. Bu yaxınlarda Adriana Limanın ailəsi ilə tanış olan Hara bu dəfə sevgilisini öz ailəsinə təqdim edib. Adriana Lima ilə Metin Hara dünən axşam ailələri ilə birlikdə restoranda yemək yeyib.

Adriana Limanın məkandan çıxacağını öyrənən 30 nəfərlik izdiham əllərinə telefonlarını alaraq onun şəkillərini çəkməyə başlayıb. Adriana Limanın isə çıxışda əlindəki telefonu ilə onu lentə alan jurnalistləri videoya çəkməsi diqqətdən qaçmayıb.

Restorandan sürətlə uzaqlaşan cütlük xüsusi icarəyə götürdükləri avtomobilə minərək hotelə yollanıb.

23 mart 2018
GO BACK