Qadin.NET / Hadisə haqqında ŞOK İDDİA - FOTO

Hadisə haqqında ŞOK İDDİA - FOTO

Hadisə haqqında ŞOK İDDİA - FOTO


Müğənni Hadisə haqqında inanılmaz iddia irəli sürülüb.

Qadin.Net bildirir ki, publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı 2 il sahibkarlığını etdiyi çimərliyin sahibinə olan 1 milyon 900 min TL (təxminən 950 min manat) borcunu ödəməyib. Çimərliyin keçmiş sahibi Hadisəni məhkəməyə verib. Bundan sonra Hadisə borcunun yarısını ödəyib.

Hadisədə 900 min TL borcu qalan mülk sahibi icra əməliyyatları üçün yenidən məhkəməyə müraciət edəndə şok həqiqət üzə çıxıb. Məlum olub ki, Hadisənin öz adına mülkü yoxdur, əmlakı müsadirə olunduğu üçün hesabı da boşdur.

Keçən ay isə Hadisənin mühafizəçisi də pulunu almadığını iddia etmişdi. Son günlərdə Amerikada tətildə olan Hadisə mövzu ilə bağlı heç bir açıqlama verməyib.

23 mart 2018
GO BACK