Dünyanın bir yarımkürəsində elm inkişaf edib yeniliklər meydana gəldikcə, digər yarımkürədə həyat tamamilə başqa cürdür. Məsələn, milyonlara qız təhsil almaq üçün məktəbə göndərilmir.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, dünyada oxuma-yazma bilməyən insanların 3-də 2-sini qadınlar təşkil edir. Bu bölgünü rəqəmlərə çevirəndə isə dəhşətli statistika hər kəsi heyrətə gətirir. Dünyada nə az nə çox, 479 milyon qadın oxuma-yazma bilmir.
Qeyd edək ki, bu rəqəmlərin gələcək illərdə daha da artacağı istisna edilmir.