Kenan İmirzalıoğlu və Sinem Kobal başına gələn bir hadisədən sonra məşhurluğun hər qapını aça bilməyəcəyini görüb.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, şam yeməyi üçün bir məkana gedən cütlük əvvəlcədən yer ayırmadıqları üçün qapıda qalıblar.
Qapıda qalan Kenan və Sinem əsəbiləşib. Kənan restoran sahibinə "İkinci dəfə gələndə belə bir şey yaşamaq istəmirəm" deyib. Restoran sahibinin "Üç dəfə də, beş dəfə də gəlsən, əvvəlcədən yer ayırmasan, içəri girə bilməzsən" cavabı aktyoru şok edib.