ABŞ-ın NSYNC musuqi qrupunun şərəfinə Hollivudun məşhur "Şöhrət Alleya"sında ulduz həkk olunacaq.
Qadin.Net trend-ə istinadən bildirir ki, bu barədə "Alleyanın" rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
Xatırladaq ki, fəaliyyətini 16 il bundan əvvəl dayandırmış qrupun tərkibində vaxtilə məşhur pop-ifaçı Castin Timberleyk çıxış edib.
Qeyd edək ki, bütün dünyada NSYNC qrupunun albomlarının 42 milyon nüsxəsi satılıb.