Dünyanın ən böyük zəlzələsinin vaxtı və yeri müəyyənləşib.
Qadin.Net bildirir ki, publika.az Rusiya mətbuatına istinadən bildirir ki, zəlzələ yaxın on ildə Çilinin paytaxtı Santyaqo ətrafında baş verəcək. Daha dəqiq olaraq, paytaxtdan 100 km aralıda yerləşən Valparaiso şəhərində qeydə alınacaq. Fransa və Çili alimlərinin ümumi proqnozlarına görə, bu zəlzələ tarixin ən güclü zəlzələsi olacaq. Zəlzələnin hətta episentrdən kənarda gücü 8,3 bal olacaq və digər Cənubi Amerika ölkələrinə də təsir edəcək.
Zəlzələnin baş verməsinə səbəb, okean təbəqələrinin Cənubi Amerika suxurlarını sıxışdırıb çıxarması olacaq. Bu təzyiq hər il 8 sm artmaqdadır. Zəlzələ ərəfəsində litosfer plitələrinin sürtünməsi prosesi dayanacaq və yaranmış boşluğa okean suları dolacaq.
Alimlər 2015-ci ildə İlyapel şəhərində baş verən zəlzələnin səbəblərini araşdırarkən belə fikrə gəliblər. Bu şəhərdə hər 60-70 ildən bir baş verən güclü zəlzələ bu səbəbdən olur.
Xatırladaq ki, indiyədək qeydə alınmış dünyanın ən güclü zəlzələsi də 1960-ci ildə Çilidə - Santyaqodan 570 km aralıda baş vermişdi. Həmin zəlzələnin gücü 9,5 bal olub.