Qadin.NET / 2,5 milyon dollara saat satılır - FOTO

2,5 milyon dollara saat satılır - FOTO

2,5 milyon dollara saat satılır - FOTO


İsveçrədə 18 karatlıq ağ qızıldan yeganə nüsxədə hazırlanan "Rolex Cosmograph Daytona" saatı 2,5 milyon dollara "Bacs & Russo" hərracına çıxarılıb.

Qadin.Net AzərTac-a istinadən bildirir ki, 1970-ci ildə alman satıcı tərəfindən varlı müştəri üçün sifariş edilən unikal saatın satışı mayın 12-də Cenevrədə baş tutacaq. Saat xeyriyyəçilik məqsədi ilə hərraca qoyulub. Onun satışından əldə olunan bütün vəsait köməksiz və diqqətdən kənar qalan uşaqlara və onların ailələrinə yardım edən "Children Action" təşkilatının fonduna köçürüləcək.

"The Unicorn" adlandırılan nadir əşya mütəxəssis Con Qoldberq tərəfindən səkkiz il əvvəl kolleksiyaların birində aşkarlanıb. Bu tapıntı həmin saatı tarix üçün itirilmiş hesab edən ekspertləri heyrətə gətirib.

Qeyd edək ki, bu ilin yanvarında nadir qənimət saat - "Rolex Panerai 3646" "Fellows" satış evinin Birminhem şəhərində keçirilən hərracında 52 min funt-sterlinqə satılmışdı. Britaniyalı çavuş onu Niderlandda körpünü partlatmağa cəhd edən alman dalğıcının qolundan açmışdı. Belə xronometrlər 1940-cı illərdə hazırlanırdı. Əvvəlcə bu saatlar İtaliyanın Hərbi Dəniz Qüvvələrinin zabitlərinə verilib, sonradan italyanlar onları almaniyalı təxribatçı-həmkarlarına bağışlayıblar. 

2,5 milyon dollara saat satılır - FOTO

2,5 milyon dollara saat satılır - FOTO


18 mart 2018
GO BACK