Qadin.NET / Parisdə Novruz bayramı qeyd olunub - FOTO

Parisdə Novruz bayramı qeyd olunub - FOTO

Parisdə Novruz bayramı qeyd olunub - FOTO


Fransanın paytaxtı Paris şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Qadin.Net report-a istinadən bildirir ki,Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin tanınmış incəsənət və mədəniyyət xadimləri, habelə dünya şöhrətli aktyor Robert Hossein, Azərbaycan diasporunun nümayəndələri və Azərbaycan mədəniyyəti ilə yaxından maraqlanan digər şəxslər iştirak ediblər.

Tədbir zamanı qonaqlara Novruz bayramının qədim tarixi haqqında məlumat verilib, "Novruz"un həmrəylik, qardaşlıq, dostluq bayramı olduğu diqqətə çatdırılıb və Novruz ənənələri barədə qonaqlara ətraflı məlumat verilib. Qonaqlar daha sonra milli musiqilərimizi dinləyib, bayram süfrəsinin ləziz nemətlərindən dadıblar.

Onlar tədbir zamanı sərgilənən milli adət-ənələrimiz, milli geyimlərimiz, bəzək əşyaları, azərbaycanlı rəssamların füsunkar təbiətimizə həsr edilmiş əl işlərindən ibarət rəsm sərgisinə böyük maraqla tamaşa ediblər.

Parisdə Novruz bayramı qeyd olunub - FOTO

Parisdə Novruz bayramı qeyd olunub - FOTO


18 mart 2018
GO BACK