Sinqapurlu jurnalist Çerli Lu-Lien Tan tanınmış yazıçı Ernest Heminqueyin Kubadakı evindən tapdığı sənədlərdə xüsusi hamburger reseptinə rast gəlib.
Qadin.Net lent.az-a istinadən xəbər verir ki, Heminqueyin evindən tapılan 2 min sənədin Con F. Kennedi kitabxanasına və Bostondakı bir muzeyə veriləcəyini eşidən Sinqapurlu jurnalist bütün sənədləri incələyib. Sənədlər əsnasında Heminqueyin yeməklərə olan marağını duyan jurnalist qidalar arasında hamburgerin də xüsusi reseptinə rast gəlib. Heminqueyin hamburger reseptinə 230 millilitr ağ və qırmızı şərab, cəfəri və soya sousu daxildir.