Qadin.NET / İtə görə təyyarə yerə endi

İtə görə təyyarə yerə endi

İtə görə təyyarə yerə endi


ABŞ-da "United Airlines" aviaşirkətinə məxsus təyyarə planlaşdırılmamış eniş edib.

Qadin.Net trend-ə istinadən xəbər verir ki, buna səbəb hava gəmisinin göyərtəsində itin aşkar edilməsi olub.

Təyyarənin Nyuark-Sent-Luis marşrutu ilə hərəkət etdiyi bildirilir.

Aviaşirkətdən verilən məlumata görə, it təyyarəyə səhvən yerləşdirilib.

Sonradan o Oqayo ştatının Akron şəhərində yaşayan sahiblərinə qaytarılıb.

Təyyarənin bütün sərnişinlərinə təzminat ödəniləcəyi qeyd olunur.

17 mart 2018
GO BACK