Qadin.NET / Səs köməkçisinə malik ilk brauzer!

Səs köməkçisinə malik ilk brauzer!

Səs köməkçisinə malik ilk brauzer!


"Yandeks.Brauzer"də süni zəkaya malik "Alisa" səs köməkçisi funksiyası istifadəyə verilib.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, artıq istifadəçilər səs vasitəsilə saytları və proqramları aça, hava proqnozunu, xəbərləri, valyuta məzənnələrini soruşa, sevimli mahnılarını qoşa, kompüteri söndürə və ya yenidən yükləyə bilər.

"İnsanlar səs texnologiyalarından ən müxtəlif vəziyyətlərdə istifadə edirlər: səslə marşrut müəyyənləşdirirlər, nəsə axtarırlar, koll-sentrlərin robotları ilə ünsiyyət saxlayırlar. Səsli idarəetmə insanın texnika ilə ən təbii və sadə ünsiyyət imkanlarından biridir. Ona görə də biz "Alisa"nı "Yandeks"in xidmətlərinə əlavə edirik. O, artıq smartfonlarda  milyonlarla insana kömək edir və indi kompüterlərdə də kömək edəcək. Gələcəkdə isə "Alisa" müxtəlif cihazlarda insanların əsl şəxsi köməkçisi kimi fəaliyyət göstərəcək", - deyə şirkətin destkop üzrə rəhbəri Roman İvanov bildirib.

Beləliklə, "Yandeks.Brauzer" səs köməkçisinə malik ilk brauzer olub.

"Alisa" neytron şəbəkə texnologiyası əsasında hazırlanan funksiyadır. O, improvizə qabiliyyətinə və öz xarakterinə malikdir. "Alisa" səs köməkçisi "Yandeks"in "Android" və iOS üçün əlavələrində, eləcə də "Windows"un yeni versiyasında əlçatandır.

17 mart 2018
GO BACK