Müğənni Demet Sağıroğlu aparıcı-prodüser Acun İlıcalını məhkəməyə verib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, ifaçı "O səs Türkiyə", "O səs çocuklar" və "Rising Star" yarışmalarında "Arnavut kaldırımı" mahnısının adsız istfadə edildiyi üçün prodüserdən 15 min lirəlik (təxminən 7500 manat) təzminat tələb edib. Demet mahnısının 1994-cü ildə yayımlandığını, ancaq Acunun kanallarında icazəsiz və hüquqa zidd şəkildə ifa edildiyini əsas gətirərək maddi-mənəvi hüququnun pozulduğunu bildirib.
Bu səbəbdən 5 min lirə maddi, 10 min lirə mənəvi təzminat ödənilməsi tələb olunub.