Qadin.NET / "Yeteneksizsiniz"də Bakıdan kadrlar

"Yeteneksizsiniz"də Bakıdan kadrlar

"Yeteneksizsiniz"də Bakıdan kadrlar


TV8 kanalında yayımlanan "Yeteneksizsiniz" müsabiqəsinə qatılan azərbaycanlı iştirakçılar performansları ilə münsifləri və tamaşaçıları təəccübləndiriblər.

Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, Azərbaycandan verilişə qatılan Həzrət Məmmədrzayev və İbrahim Məmmədov kub şousu göstəriblər. Lakin digər kub şoularından fərqli olaraq onlar illüziya da göstəriblər.

Səhnədə Bakıda çəkilən kadrlar da yayımlanıb. Belə ki, Hülya Avşarın səhnədə pozduğu kubun necə olacağını şounun azərbaycanlı iştirakçısı İbrahim Məmmədov 1 həftə əvvəl bilib və videoya çəkərək səhnədə nümayiş etdirib.

Onların performansı münsiflər və tamaşaçılar tərəfindən bəyənilib.

16 mart 2018
GO BACK