Rusiyanın Yakutiya əyalətindəki hava limanından qalxan "Antonov 12" tipli poçt təyyarəsindən yerə qızıl külçələr tökülüb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, təyyarə havada olarkən saxlanc yerinin qapağı qırılıb və içəridiki 200-ə yaxın qızıl, gümüş külçələr yerə tökülüb.
Külçələrin hər biri 20 kiloqram ağırlıqda olub.
Yakutiyadakı Kanada şirkətinə məxsus külçələr yerdən yığılaraq qablaşdırılıb və aidiyyəti üzrə təhvil verilib.