Müğənni Tarkan ötən gecə Etilerdə yerləşən restoranlardan birindən çıxarkən görüntülənib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, ifaçı 4 aylıq hamilə xanımı Pınar Tevetoğlu üçün pizza və risotto (düyüdən hazırlanan italyan xörəyi) alıb.
Adətən sifariş üçün köməkçilərini restorana göndərən Tarkan bu dəfə xanımı üçün özü məkana gedib və yeməklərin duzsuz, ədviyyatsız olduğunu tapşırıb.
Çıxışda jurnalistləri görən sənətçi tələsdiyini deyərək avtomobilinə əyləşib və evinə gedib.
Tarkanın kökəldiyi də diqqətdən yayınmayıb.