1697-ci ildə doğulub 1768-ci ildə ölmüş dahi italyan rəssam Covanni Antonio Kanal dünya incəsənət tarixində "Kanaletto" kimi tanınır. Venesiya şəhərində yaşamış bu rəssam veduotistlər məktəbinin banisi və rəhbəri, akademizm stilindəki peyzajların misilsiz ustası idi.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, İngiltərənin Darem qraflığındakı Darlinqton şəhəri yaxınlığında yaşayan 84 yaşlı təqaüdçü Ken Smoll italyan rəssamın məşhur "Venesiya" əsərinin surətini çəkib.
65 yaşında təqaüdə çıxanadək mexanik işləmiş Ken Smoll əsərini "Kenni-lito" adlandırıb. Dediyinə görə, tablonu ərsəyə gətirmək üçün üç il vaxt sərf edib. "2014-cü ildə sərgidə "Venesiya"nı gördüm və onu çəkmək fikrinə düşdüm. Daha doğrusu, bu tablonu Kanaletoodan da yaxşı çəkmək fikrinə düşdüm. Əsərdə çalarların dərinliyi, rənglərin parlaqlığını artırdım", - 5 nəvənin babası olan Smoll deyib.