Aktrisa Nurgül Yeşilçay gecə saatlarında gəzintidə görüntülənib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, yazıçı İlker Topdemirlə şam yeməyinə gedən aktrisa jurnalistlərin suallarını cavablandırıb.
Nurgül "İndi istirahətdəyəm. Sentyabra qədər heç bir layihədə olmayacam. Timur Savcı ilə müqavilə bağladıq. Gözəl layihəmiz olacaq" deyib.
Botoks etdirən və buna görə tənqid olunan Nurgül "Əvvəl heç etdirmədiyim bir şey idi. Boşluq idi etdirdim. Gördüyünüz kimi artıq heç bir təsiri qalmayıb" söyləyib.