Qadin.NET / Dünyada İLK DƏFƏ - İmmunitetin arı zəhəri ilə müalicəsi

Dünyada İLK DƏFƏ - İmmunitetin arı zəhəri ilə müalicəsi

Dünyada İLK DƏFƏ - İmmunitetin arı zəhəri ilə müalicəsi


İndoneziyada immunitet sistemini arı iynələri və arılardan alınan zəhər vasitəsilə müalicə edirlər.

 Qadin.Net publika.az-a istinadən xəbər verir ki, həkimlər arı iynələrinin insanın immun sistemini gücləndirdiyini deyib. İynəbatırma müalicə üsulu ilə orqanizmini gücləndirmək istəyən xəstələrin sayı gündən-günə artır. Onlar alternativ tibbdə istifadə edilən bu üsulları tamamilə təbii hesab etdikləri üçün ciddi maraq göstərirlər.

"Arı zəhəri" terapiyası (apiterapi) olaraq da adlandırılan üsul, xəstəliklərə qarşı immuniteti gücləndirməklə yanaşı, iflic, hepatit, revmatizm, xolesterin, baş dönməsi, qan azlığı kimi bir çox xəstəliklərin müalicəsinə müsbət təsir göstərir.

Müalicənin tətbiqindən öncə pasiyentin allergik reaksiyaları yoxlanılır. Bu, eyni zamanda bədəndəki iltihablanmanın da qarşısını ala biləcək xüsusiyyətlərə malikdir.İynəbatırma müalicəsində hər xəstənin vəziyyətinə uyğun doza seçilir. Eyni zamanda xəstəlikdən asılı olaraq, arı tikanlarının bədəndə müvafiq nöqtələrə batırılmasına diqqət edilməlidir. Terapiyanın orqanizmə uygunlaşdırılması ən önəmli şərtlərdən biridir.Təxminən 17 ildir ki, "arı zəhəri" terapiyası ilə məşğul olan mütəxəssis Vima Harson "Arı zəhəri" ilə bağlı elmi araşdırmalardan bəhs edən verilişin qonağı olub. Tətbiq olunan terapiya ilə bağlı tamamilə təbii maddələrdən, istifadə etdiyini deyən mütəxəssis kimyəvi qatqıların bu terapiyada istifadə olunmasının əleyhinə olduğunu bəyan edib:"İynəbatırma ilə müalicə sahəsində çoxillik stajım var. Bu sahənin incəliklərinə də bələdəm. Xəstənin müraciətindən asılı olmayaraq, ilk növbədə onun allergik reaksiyasının olub-olmadığını yoxlayıram. Daha sonra iynəbatırma ilə müalicə üsulunda olduğu kimi xəstəliyin vəziyyətinə uyğun olaraq arı zəhərini bədənin müəyyən nöqtələrinə tətbiq edirəm. Arı zəhərini bədənə yeritdikdən sonra masaj aləti ətrafa yayılmasına kömək edirəm. Bu həm ağrını azaltmağa, həm də zəhərin tez zamanda bədənə yayılmasına müsbət təsir edir".
11 mart 2018
GO BACK