Məşhur türk aktyoru Emin Olcay Bakıdadır.
O Bakıya "Məlahətli söhbətlər" verilişinin çəkilişində iştirak etmək üçün gəlib.
Çəkiliş ötən gün baş tutub və aktyor sabah Bakını tərk edəcək.
Qeyd edək ki, Emin Olcay "Kurtlar vadisi" serialındakı Ömər rolu ilə məşhurlaşıb. O, tanınmış türk aktyoru Necati Şaşmazın atası rolunu oynayırdı.